Dələduz qadın 5 nəfərin 79 min manat pulunu mənimsəyib

Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, DİN əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində işə düzəltmək adı ilə 5 nəfər paytaxt sakinini aldadaraq onlardan ümumilikdə 79.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Qədirova saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31