Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub. Ekologoya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən nəzarət tədbirləri zamanı vətəndaş Əbdülrza Abıyevin həyətyanı sahəsində qanunsuz yolla əldə edilmiş 2.82 m3 həcmində işlik meşə materialı müəyyən edilib. Nazirliyin Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, hazırda iş üzrə araşdırma davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31