Göygöl sakini evdən 10 min manatlıq oğurluq edib

Göygöl rayonunda oğurluq hadisəsi olub.

Bu barədə Olaylar/az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Zurnabad kənd sakini R.Məmmədov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31