9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb RƏSMİ

Bu ilin 9 ayı ərzində ölkə ərazisində 57 partlayış olub.

Bu barədə Olaylar.az-a  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisələr nəticəsində 9 nəfər ölüb, 54 nəfər yaralanıb.

Partlayış hadisələri nəticəsində köməksiz vəziyyətdə qalan 7 nəfər xilas edilib.

Məlumatda bildirilir ki, hesabat dövründə ümumilikdə respublika ərazisində 13091 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 386 hadisə və ya 3% çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31