Hacıqabulda evi qarət edən şəxs saxlanıb

Hacıqabul şəhəri ərazisindəki evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-dən 20-dək olan müddətdə şəhər ərazisindəki evlərin birindən 6500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin oğlu E.Şirinov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin götürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31