Bakıda sərnişin avtobusu qəzaya uğradı: Hərəkət dayandı - FOTO
22 Oktyabr 2021 15:31 HadisəBakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Olaylar.az
oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil ilə 13 nömrəli marşrut xətti üzrə hərəkət edən "Baku Bus" avtobusu toqquşub. Hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Nəqliyyat vasitələrinə maddi ziyan dəyib.Qəzadan sonra yolda tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31