Barıt zavodundakı partlayışda 16 nəfər öldü
22 Oktyabr 2021 14:21 HadisəRusiyanın Ryazan vilayətində "Elastik" barıt zavodunda partlayış baş verib.
Olaylar.az-ın məlumatına görə, hadisə nəticəsində 16 nəfər həlak olub.Qeyd olunur ki, hadisə zamanı zavodda 17 nəfər olub.
Məlumata əsasən, zavodda istehsal avadanlığının işə salınması zamanı partlayış baş verib və zavodun tikililərindən biri çöküb.
Hadisə yerində axtarış işləri davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31