DİN şəhidin xanımının öldüyü qəzanın təfərrüatını açıqlayıb
22 Oktyabr 2021 13:10 HadisəDaxili İşlər Nazirliyi (DİN) Kürdəmir rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Olaylar.az-a bildirilib ki, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun arvadı) idarə etdiyi "Ford" markalı avtomobili aşırıb.
Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.
Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31