Türkiyədə metro çəkilişində partlayış

Türkiyənin Kocaeli vilayətində metro çəkilişində qazıntılar zamanı nəzarətsiz qalan dinamit partlayıb.

Olaylar.az xəbər verir ki, hadisə vilayətin Darıca qəsəbəsində qeydə alınıb.

Partlayış zamanı ətrafa səpilən dağıntılar nəticəsində çox sayda maşın zədələnib, insanlar yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Yaralılara hadisə yerindəcə ilkin tibbi müdaxilə edildikdən sonra xəstəxanaya yerləşdiriblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31