Keçmiş məhkumdan narkotik götürülüb
20 Oktyabr 2021 15:17 HadisəSumqayıt şəhər sakinindı xeyli miqdarda narkotik maddə aşkarlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Qayıbovun üzərindən heroin və metamfetamin, yaşadığı evə baxış zamanı isə 198 qrama yaxın heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31