Sel və torpaq sürüşmələri daha 46 nəfərin həyatına son qoydu
20 Oktyabr 2021 13:30 HadisəOlaylar.az xəbər verir ki, Hindistanın Uttarakhand əyalətində şiddətli yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 46 nəfər ölüb.
Bu barədə Uttarakhand Baş naziri Puşkar Singh Dham mediaya açıqlamasında bildirib.
Məlumata görə, baş nazir, əyalət orqanlarının qurbanların ailələrinə 400.000 rupi (5.300 dollar) təzminat ödəyəcəyini, Evlərini itirənlərə 190 min rupi (2,536 dollar) veriləcəyini söyləyib.
Hindistan Baş naziri Narendra Modi Uttarakhanddakı vəziyyətdən xəbərdar olduğunu və yaralıların tezliklə sağalmasını arzuladığını söylədi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31