Prokurorluq uşaqların göbələkdən ölməsini araşdırır

Baş Prokurorluq Qaxdakı zəhərlənmə ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, Qax rayonunun Tasmaslı kənd sakinləri 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər. Onlardan M. Qasımlı və İ. Qasımzadə dünyasını dəyişib. Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31