Anası qızını dayənin yanına atıb getdi - Azərbaycanda

Azərbaycanda daha bir valideyn azyaşlı övladını atıb.

Olaylar.az xəbər verir ki, bu barədə sfera.az-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib. Bildirilib ki, sığınacağa bu dəfə dayə tərəfindən qız uşağı təhvil verilib.

"Dayə 8 gün saxladığı uşağın anasının gəlmədiyini görüb sığınacağa gətirdi. Dayə bildirir ki,uşağın anası ona müvəqqəti baxması üçün tapşırıb və artıq 8 gündür ki, nömrəsinə zəng çatmır. Hazırda uşaq sığınacaqdadır. Valideyn və ya qohumlarından kim tanıyırsa, 055 314 35 15 nömrəsi ilə əlaqə saxlanmasını xahiş edirik", - deyə məlumatda qeyd edilib.

Sığınacaqdan həmçinin, bu haqda polisə məlumatın verildiyi deyilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31