Şirvanda evdən 8 min manatlıq oğurluq edilib
19 Oktyabr 2021 12:56 HadisəŞirvanda evdə oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Olaylar.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də şəhər ərazisindəki evlərin birindən 8 066 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şirvan sakini, əvvəllər məhkum olunmuş E.Rüstəmov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31