Kəlbəcərdə yol çəkilişi zamanı qəza olub: Bir nəfər ölüb
19 Oktyabr 2021 12:41 HadisəKəlbəcərdə ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru ölüb.
Olaylar.az xəbər verir kİ, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı "North West Construction" şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31