Şikayət yerində araşdırılıb
18 Oktyabr 2021 16:13 Hadisəİsmayıllı rayonu, Buynuz kəndindəki meşədə ağacın kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Ekologiya və Təbi Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ərazinin Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qalınçaq meşəbəyliyi olduğu və qurumuş bir ağacın kəsildiyi müəyyən edilib. O, qeyd edib ki, ərazidəki bioloji inkişafdan qalaraq quruyan və küləkli hava şəraitində aşma təhlükəsi olan qurumuş bir ağac kəsilərək İsmayıllı rayonunun qazlaşdırılmamış kəndlərinin əhalisinin oduncaq tədarükü üçün istifadə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31