Güclü yağan yağışlar nəticəsində ölənlərin sayı -22 nəfəri ötdü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 18-də , Hindistanın cənub -qərbindəki Kerala əyalətində güclü musson yağışları nəticəsində meydana gələn torpaq sürüşmələri, daşqınlar və çökmələr nəticəsində ən az 22 nəfər ölüb.

Bu barədə Hindustan Times qəzetinin oktyabrın 18-i verdiyi məlumatda bildirilib. 

Məlumata görə, Kottayam rayonunda təxminən 13 nəfər, İdukki rayonunda doqquz nəfərin  öldüyü , daha iki nəfərin isə itkin düşdüyü bildirilir.

Hindistan Meteorologiya İdarəsi əyalətin 11 rayonunda sarı xəbərdarlıq edib

Əyalət daxilində ən az 5000 ailə təxliyə edilib. Hava şəraiti səbəbiylə, yerli hökumət, Hindistanın cənubundakı ən məşhur ibadət yerlərindən biri olan Sabarimala Məbədinə ziyarət etməyi də dayandırmaq qərarına gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31