Ağcabədi rayonunda pambıq zavodu işçisinin boynu sınıb
18 Oktyabr 2021 10:54 HadisəAğcabədi rayonunda pambıq zavodunda işçi ağır xəsarət alıb.
Olaylar.az xəbər verir ki, həmin zavodda işləyən 1995-ci il təvəllüdlü Mehralıyev Amil Aqil oğlunun paltarı iş yerində elektrik dəzgahına ilişib.
Nəticədə o ağır bədən xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya aparılıb.
Həkim müayinəsindən sonra Amil Mehralıyevə boyun fəqərəsinin sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31