Antalyada rusiyalı turistlər qəzaya uğrayıb

Olaylar.az xəbər verir ki,  Türkiyənin Antalya şəhərində yeddi rusiyalı turist avtobusla qəza nəticəsində yaralanıb.Onların həyatı üçün heç bir təhlükə yoxdur.
Bu barədə  Hürriyet qəzeti məlumat yayıb.
 Məlumata görə, hadisə Antalya vilayətinin Manavgat rayonunda baş verib.Sürüşkən yolda yağan yağış səbəbiylə turistləri daşıyan mikroavtobusun sürücüsü idarəetməni itirib, avtobus döngədə sürüşüb, sonra yoldan çıxaraq aşıb.
Yeddisi rus olan 8 nəfər xəstəxanaya çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31