Qayıq aşıb, 3 nəfər ölüb
16 Oktyabr 2021 13:09 HadisəOlaylar.az TRT HABER-ə istinadən xəbər verir ki, Yeni Zelandiyanın ən böyük şəhəri Auklandda Manukau Limanı yaxınlığında qayığın aşması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bu barədə Yeni Zelandiya polisi mediaya açıqlamasında bildirib.
Məlumata görə, Manukau Limanı yaxınlığında üzən və kimliyi açıqlanmayan 4 nəfərdən ibarət qayıq bu gün günorta saatlarında naməlum səbəbdən aşıb.
Westpac xilasetmə helikopteri, sahil mühafizəsi və dəniz polisinin müdaxilə etdiyi hadisədə gəmidə olan 3 nəfərin cəsədi tapılıb.
Sudan çıxarılan dördüncü şəxsin xəstəxanaya qaldırıldığını qeyd edən Yeni Zelandiya polisi, hadisə ilə əlaqədar istintaq başladıldığını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31