Otel otağında 4 turistin meyiti tapıldı

Albaniyanın qərbində yerləşən hotellərdən birində 4 turistin meyiti tapılıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Albanian Daily News" qəzeti yerli polis idarəsinə istinadən xəbər verir.

Bildirilir ki, meyitləri tapılan turistlər Rusiya vətəndaşlarıdır: "Təxminən saat 00:20-də (Bakı vaxtı) Kavaya dairəsinin Kerret kəndində yerləşən hotelin saunasında Rusiya vətəndaşı olan 4 turistin meyiti tapılıb. Onlar hamısı boğularaq ölüb".

Digər təfərrüatlar barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31