Bakıda ticarət mərkəzi yanır - yanğın ətrafdakı ticarət obyektlərinə keçib

Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığında "Metro-City" ticarət mərkəzində başlayan yanğın ətrafdakı ticarət obyektlərinə də keçib.

Olaylar.az xəbər verir ki,APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ticarət mərkəzinin yaxınlığındakı Mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb.

Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə maşını və 70 yanğınsöndürən cəlb olunub.

Hazırda yanğınsöndürənlər əsas diqqəti yanğının yaxınlıqdakı çoxmərtəbəli yaşayış binasına keçməsinin qarşısını almağa yönəldib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31