Nəfəs borusuna süd gedən körpəni polis xilas etdi

Qaziantepdə nəfəs borusuna süd gedən 7 aylıq körpə, polisin etdiyi Heimlich Manevrası ilə xilas edildi.

Olaylar.az xəbər verir ki, hadisə, Gaziantep Təhlükəsizlik Müdirliyi Düztepe Şəhidi Hüseyn Cengiz Təhlükəsizlik Müdirliyində meydana gəlib. Polis İdarəsinə gələn vətəndaş 7 aylıq körpəsini əmizdirmək istədiyindən ona yer göstərilib. Bir müddət sonra qadın panikaya düşərək otaqdan çıxıb. Körpənin boğazına süd getdiyini görən polis əməkdaşı həyati müdaxilə edərək körpənin nəfəs almasına kömək edib. Dərhal ən yaxın xəstəxanaya çatdırılan körpə, müalicəsinin ardından evə buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31