Taksi sürücüsü yol vermədiyi üçün təmizlik işçisini bıçaqladı-FOTO
15 Oktyabr 2021 13:34 HadisəBoluda, bələdiyyənin zibil yığan maşınında işləyən təmizlik işçisi ilə ticarət taksisində gedən şəxs arasında yol verilməsinə dair mübahisə olub. Bir müddət sonra davaya çevrilən hadisədə, sərnişin təmizlik işçisini bıçaqlayıb.
Olaylar.az xəbər verir ki, Bolunun Bahçelievler İlçesi Karanfil Caddesinde meydana gələn hadisədə əldə edilən məlumata görə, Bolu Bələdiyyəsi Təmizlik İşləri Müdirliyinə bağlı zibil toplama maşınında çalışan Turgay Kayaalp və Mustafa Kamal Ç. arasında mübahisə yaranıb. Mübahisənin davaya çevrilməsindən sonra Mustafa Kamal Ç. Kayaalpı bıçaqlayıb.
Kayaalpın dostunun xəbəri üzərinə hadisə yerinə 112 Təcili Sağlamlıq və polis qrupları sövq edilib. Hadisə yerinə gələn sağlamlıq qruplarının müayinəsində Turgay Kayaalpın hadisə yerində öldüyü təyin olunub![]()
Təmizlik işçisini bıçaqladıqdan sonra hadisə yerindən qaçan şəxs D100 magistral yolunda qaçdığı maşınla tutulub. Hadisə ilə bağlı istintaq başladılıb.