Beyruta silahlı qarşıdurma nəticəsində ölənlərin sayı artmaqdadır

Olaylar.az  xəbər verir ki,  Livanın paytaxtı Beyrutda baş verən dəhşətli atışma nəticəsində ölənlərin sayı yeddi nəfərə  çatıb.

Bu barədə  Əl-Hadis telekanalının oktyabrın 15-də  verdiyi məlumatda bildirir.

Telekanalın məlumatına görə, 32 nəfər yaralanıb, bəzilərinin vəziyyəti ağırdır.

Daha əvvəl 6 -dan çox ölü və 30 -dan çox adamın yaralandığı bildirildi.

 Xatırladaq ki, oktyabrın 14-də  Beyrutda, ötən il şəhərin limanını sarsıdan kütləvi partlayışla bağlı davam edən istintaqdan narazı qalan şiə siyasi partiyalarının mitinqi zamanı atəş açılıb. Şahidlərin sözlərinə görə, toqquşmalar yaşayış binalarının damlarından atəş açan naməlum snayperlər tərəfindən törədilib.  Livanın Baş naziri Nəcib Mikati, oktyabrın 15-də  etiraz hücumlarında  şəhid olanların xatirəsinə ümumxalq matəm günü olacağını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31