Avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ
15 Oktyabr 2021 11:25 HadisəOktyabrın 14-də saat 19 radələrində Balakən rayonunun Kortala kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Hənifə kənd sakini İsa Həsənov idarə etdiyi "QAZ-3110" markalı avtomobillə piyada hərəkətdə olan Kortala kənd sakini Qurban Kərimovu vurub. Nəticədə Q.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31