Yanğın- 25 nəfər öldü, 44 nəfər yaralandı
14 Oktyabr 2021 13:18 HadisəOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 14-də Tayvanın cənubundakı Kaohsiunq şəhərində çoxmərtəbəli yaşayış binası yanıb.
Bu barədə "Focus Taiwan" xəbər agentliyindən məlumat yayılıb.
Kaohsiungdakı 13 mərtəbəli bir binada baş verən yanğında ən az 25 nəfərin öldüyünü və 44 nəfərin yaralandığı bildirilir.
lkin məlumatlara görə, yanğın birinci mərtəbədə baş verib və bundan sonra bütün binanı bürüyüb. Binada çoxu yaşlı olamaqla 100 -dən çox insan yaşayırdı.
Yanğını söndürmək üçün 159 yanğınsöndürən göndərilib. Hadisənin baş vermə səbəbi məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31