Leysan yağışları can aldı - 9 ÖLÜ, 11 İTKİN
12 Oktyabr 2021 13:03 HadisəOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Filippində güclü yağan leysan yağışlar nəticəsində ən az 9 nəfər ölüb, 11 nəfər itkin düşüb.
Məlumata görə,Cagayan əyalətinin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Rogelio Sending, "11 bələdiyyəni su basıb, amma bu gün hər şey qaydasındadır"- deyə bildirib.
O, əsas yolların və körpülərin hələ də su altında qaldığını, lakin suyun oktyabrın 12-də çəkilməyə başladığını qeyd edib.
Oktyabrın 11-də Sakit Okean üzərində meydana gələn "Kompasu" tropik fırtınası Asiyada bu mövsüm ərzində 18 -ci olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31