Azərbaycanda tikintidə bədbəxt hadisə - Fəhlənin qolu qopdu

Gəncə şəhərində fəaliyyət göstərən zavodların birində fəhlə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Olaylar.az report-a istinadla bildirir ki, şəhər sakini, 1965-cı il təvəllüdlü Elçin Şəfiyevin sağ qolu işlədiyi "Kristal Beton" zavodunda avtomobilə qum-çinqıl tökən avadanlığın altıntakı qurğunun rezin hissəsinə ilişib. Bu zaman qurğu onun qolunu qoparıb.

E.Şəfiyev ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31