Zəlzələ nəticəsində ölənlərin sayı -52 nəfərə yüksəldi

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın paytaxtı Tokio və ətraf bölgələrdə baş verən zəlzələ nəticəsində yaralananların sayı 52 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün Tokioda 5,9 bal gücündə zəlzələ baş verib. Əvvəlcə bunun 6.1 böyüklüyündə bir seysmik hadisə olduğu bildirilsə də, sonradan Yaponiya Meteorologiya Agentliyi   hadisənin gedişatına yenidən baxıb. Yeraltı təkanların episentri Tokio və Tiba prefekturaları arasındakı sərhəddə, 75 kilometr dərinlikdə yerləşib. Sunami xəbərdarlığı edilməyib, lakin seysmoloqlar yeni güclü təkanların olacağı barədə xəbərdarlıq ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31