Yolu keçən şagirdi maşın vurub
6 Oktyabr 2021 12:08 HadisəBakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Olaylar" xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Əliyev Məhəmməd Ədalət oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31