Toy günü havaya atəş açan bəy bal ayı əvəzinə həbsxanaya getdi
4 Oktyabr 2021 18:11 HadisəEsenyurtdakı gəlin alma mərasimindən sonra ətrafdakı insanların həyatına əhəmiyyət vermədən dəfələrlə havaya atəş açan maganda bəy Esenyurt İctimai Təhlükəsizlik Bürosu qrupları tərəfindən tutularaq nəzarətə alınıb. Şəxs ifadəsində, toy həyəcanı içərisində quru silahla havaya atəş açdığını söyləyib.
Olaylar.az xəbər verir ki, dünən Esenyurt İstiklal Mahallesindəki toy mərasimindən sonra evə gələn bəy gəlini maşından endirərkən belindəki silahı ilə havaya atəş açıb. Görüntülərdə tapança ilə saxlanılan Beker, kadrdakı şəxsin özü olduğunu təsdiqləyib. Toyun həyəcanında quru silahla havaya atəş açdığını söyləyən Beker, polis bölməsindəki prosedurlarından sonra ədliyyəyə göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31