Bakıda marşrut avtobusu "BOLT" la toqquşdu- YARALILAR VAR

Ötən gün gecə saatlarında Bakı şəhər Yasamal rayonu ərazisində minik avtomobili ilə marşrut avtobusu toqquşub.

Olaylar.az xəbər verir ki, Məhəmməd Xiyabani küçəsində "Bolt" şirkətinin loqosu altında fəaliyyət göstərən taksi ilə 194 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobus toqquşub. Nəticədə minik avtomobili tamamilə yararsız vəziyyətə düşüb, maşında olan şəxslər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

(publika)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31