Avtomobil qaçıran şəxs ələ keçib

Sumqayıt şəhərində avtomobil qaçıran şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini A.Həsənov sentyabrın 29-da 11-ci mikrorayon ərazisindən "VAZ-2107" markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini E.Məmmədov müəyyən edilərək avtomobillə birgə 13-cü mikrorayon ərazisində saxlanılmışdır. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31