Vətən müharibəsində itkin düşən daha bir hərbçinin meyiti tapılıb - Baş prokuror
1 Oktyabr 2021 10:25 Hadisə"Həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində itkin düşən şəhidlərimiz var". "Olaylar" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib."Birinci Qarabağ müharibəsində 4 min, İkici Qarabağ müharibəsində isə 7 nəfər şəxs itkin düşüb. Son günlər müharibənin baş verdiyi ərazilərdən daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir, DNT analizləri götürülür. Çox güman ki, itkin düşənlərin sayı 6-ya düşəcək. Bununla bağlı bizim aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir", - o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31