Avtomobillərdə siqaret və spirtli içkilər aşkarlandı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "MAN" və "Volvo" markalı yük avtomobilləri saxlanılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 1720 ədəd "Parliament Heets" markalı siqaret və 12 ədəd spirtli içki aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31