DİN Bakıda məktəbin həyətindəki dava ilə bağlı araşdırmalara başlanıldığını BİLDİRDİ
30 Sentyabr 2021 11:54 HadisəDaxili İşlər Nazirliyi (DİN) Bakıda "Landau School" özəl məktəbin həyətində yaranan insidentə münasibət bildirib.
DİN-in mətbuat xidmətindən Olaylar.az-a bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.
"Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək", - Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görüntüləri yayılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31