Yaralılara kömək etmək istəyən 2 nəfər faciəvi şəkildə öldü
29 Sentyabr 2021 15:55 HadisəEdirnenin Uzunköprü rayonunda, avtomobil və traktorun toqquşması ilə baş verən qəzada yaralılara kömək etmək istəyən 2 nəfər yolun ortasında başqa bir avtomobil tərəfindən vurularaq həyatını itirib.
Olaylar.az xəbər verir ki, Uzunköprü rayonu, Malkoç yolunda meydana gələn qəzada, yolda olan avtomobil qarşısındakı traktora çırpılıb. Qəza nəticəsində iki nəfər yaralanıb. Qəzanı yolda görən digər 2 nəfər 112 Təcili Sağlamlıq qruplarını çağırdıqdan sonra, yaralılara kömək etməyə çalışıblar.
İddiaya görə, o vaxt yoldan keçən başqa bir avtomobil, yaralıların vəziyyətinə baxmaq üçün yolda irəliləyən 2 nəfəri vurub. Hadisə yerinə gələn 112 təcili tibbi yardım qrupları, kömək üçün çalışan 2 nəfərin öldüyünü, avtomobil və traktorun iştirakı ilə baş verən qəzada yaralanan 2 nəfərin xəstəxanaya aparıldığını bildirib.Ölən 2 nəfərin cəsədi prokurorluğun müayinəsindən sonra ekspertiza üçün Uzunköprü Dövlət Xəstəxanasına göndərilib.
Hadisə yerinə gələn jandarma qrupları, bölgədə təhlükəsizlik tədbirləri alaraq 2 adamın ölümünə səbəb olan nəqliyyat vasitəsinin izinə düşüb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.