General-mayor Mehman Təhməzov vəfat edib.

Olaylar.az  xəbər verir ki, Azərbaycan Respublikasının İNTERPOL-un Milli Mərkəzi Bürosunun sabiq polis rəisi general-mayor Mehman Təhməzov böyrək çatışmazlığından bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Mehman Təhməzov əvvəllər Salyan RPŞ-nin rəisi, Binəqədi RPİ-nin rəisi, Xətai RPİ-nin rəisi vəzifələrində işləyib.

Xatırladaq ki, Mehman Təhməzov 2019-cu ildə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.  (baku.ws)

Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31