"Həkimlər hələ komada qalmasını məsləhət görür"

Koronavirusa yoluxan Səyyad Əlizadənin müalicəsi davam edir.

Sənətçinin kürəkəni Razim Qasımov  açıqlamasında bildirib ki, ifaçının səhhətində dəyişiklik yoxdur.

"Həkimlər bildirib ki, vəziyyəti ağır stabil olaraq qalır. Məsləhət görüblər ki, hələ komada saxlanılsın. Heç bir irəliləyiş yoxdur" deyə, o, söyləyib.

R.Qasımov əlavə edib ki, S.Əlizadənin xanımı müalicəsini evində davam etdirir:

"O, artıq sağalır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31