Şəmkirdə faciəvi hadisə - Ölən və yaralananlar var
28 Sentyabr 2021 14:39 HadisəSentyabrın 27-də saat 18 radələrində Şəmkir şəhəri ərazisində ağır yol qəzası baş verib.
Olaylar.az xəbər verir ki, Düyərli kənd sakini Bayram Namazovun idarə etdiyi "VAZ-21015" və şəhər sakini Fuad Quliyevin idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub.
Nəticədə B.Namazov və iki sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Maya Namazova orada ölüb.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır. (publika)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31