Bakıda yüksək vəzifəli şəxs koronavirusdan vəfat etdi - FOTO
25 Sentyabr 2021 11:26 HadisəBu gün "Xalq Həyat" sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Yusifzadə Aqşin Mehralı oğlu koronavirus xəstəliyindən həyatını itirib.
Olaylar.az xəbər verir ki, 47 yaşlı A.Yusifzadə 1 Nömrəli Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı.

Qeyd edək ki, mərhum maliyyə sahəsində peşəkar fəaliyyəti ilə yanaşı, 2009-cu ildə Madrid şəhərində kikboksinq üzrə dünya ikincisi olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31