İdman sahəsində daha bir İTKİ
22 Sentyabr 2021 11:17 HadisəAzərbaycan Taekvondo Federasiyasının (ATF) ilk prezidenti Süleyman Məmmədov vəfat edib.
Olaylar.az-ın məlumatına görə, S.Məmmədov 73 yaşında dünyasını dəyişib.
O, ATF-ə 2002-ci ilədək rəhbərlik edib. Mərhum həmçinin Azərbaycan Hapkido Federasiyasının, Dünya Turan Do, Dünya Universal Döyüş sənətləri, Yaşlıların Dünya Döyüş sənətləri Assosiasiyalarının, həmçinin Dünya Döyüş sənətləri Assosiasiyası Qlobal Konfederasiyasının prezidenti və yaradıcısı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31