Şəkil çəkdirmək üçün girdiyi tarixi topun içindən çıxa bilmədi
21 Sentyabr 2021 15:49 Hadisəİstanbul Beşiktaşda foto çəkmək üçün tarixi döyüş topunun içinə girib və orada ilişib qalan vətəndaş hadisə yerinə gələn qruplar tərəfindən xilas edilib.
Olaylar.az xəbər verir ki, Barbaros Meydanında sərgilənən Osmanlı dövründən qalma dəmir boru topuna şəkil çəkdirmək üçün girən bir adam içəridə ilişib. Bir müddət çölə çıxmaq üçün çabalayan şəxsi çıxarda bilməyən vətəndaşlar FHN əməkdaşlarına xəbər verib.
Qısa müddətdə gələn Beşiktaş FHN qrupları, tarixi topun ağzına ilişmiş şəxsi xilas edib. Şəkil çəkmək üçün topa girdiyi və ilişib qaldığı bildirilən şəxsin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31