Bakıda ağır yol qəzası - ÖLƏN VAR
21 Sentyabr 2021 15:39 HadisəÖtən gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
OLAYLAR.AZ Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 20-də saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini E.Məlikov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Oğuz rayon sakini Şaiq Dadaşovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31