Gənc oğlan kanala yıxılaraq xəsarət aldı
21 Sentyabr 2021 15:20 HadisəGöyçay şəhəri, Vidadi küçəsində bir gənc beton kanala yıxılıb. Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ilkin məlumata əsasən müəyyən olunub ki, 1996-cı il təvəllüdlü Əliyev Ramazan Mürşüd oğlu içərisində su olmayan beton kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb. Vətəndaş yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq vasitələrlə kanaldan çıxarılaraq Təcili Tibbi YardımXidmətinə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31