Zarafat etmək istəyən əmi skuter sürən qardaşı oğlunu vurdu

Zarafat etmək istəyən əmi skuter sürən qardaşı oğlunu vurdu

Olaylar.az xəbər verir ki, səhər saatlarında İstanbul Esenyurtun Hürriyət Məhəlləsində baş verən hadisədə, yeni aldığı avtomobillə gəzintiyə çıxan bir adam, qardaşı oğlunu qarşı zolaqda görüb, zarafat etmək üçün maşını üzərinə sürüb. Maşının üstünə gəldiyini görən gənc manevr edərək qəzadan xilas olmağa çalışıb. Özünü son anda yerə atan gənc ayağından yaralanıb. Hadisədən sonra yerdə uzanan skuter sürücüsü onu vuranın əmisi olduğunu öyrənəndə şoka düşüb. 

Hadisə təhlükəsizlik kameralarına əks olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31