Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib - FOTO
20 Sentyabr 2021 15:10 HadisəAğdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaş-xaş 2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Olaylar.az-a verilən məlumata görə, tədbir zamanı rayonun Yuxarı Ləki kəndi ərazisində ümumi çəkisi 880 kiloqram olan 430 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31