Prokurorluq 100 iş üzrə ittiham aktını istintaqa qaytarıb

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ictimailəşdirilən günün rəqəmi 100-dür. Bu barədə qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində respublikanın istintaq (təhqiqat) qurumları üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 100 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31