Koronavirusa yoluxan uşaq iflic keçirdi
20 Sentyabr 2021 11:01 HadisəABŞ-da koronavirusa yoluxan 8 yaşlı Avella Braun nadir rast gəlinən bir halla qarşılaşıb.
Olaylar.az xəbər verir ki, hələ mart ayında virusa tutulan azyaşlının orqanizmində autoimmun xəstəlik inkişaf etməyə başlayıb.
Xəstəlik nəticəsində Minnesota sakini iflic keçirib.
Həkimlər Avellanın beynində şiş əmələ gəldiyini bildirib və ona kəskin yayılmış ensefalomiyelit diaqnozu qoyublar. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31